
İngiltərə təmsilçisi “Arsenal” Portuqaliyanın “Sportinq” klubunun futbolçusu Viktor Dyökereşi transfer edəcək.
Sportnet.az “A Bola” nəşrinə istinadən xəbər verir ki, ingilislər artıq 26 yaşlı hücumçu ilə 4 və ya 5 illik müqavilə barədə razılaşıb.
Dyökereş illik 8,3 milyon avro maaş qazanacaq. “Sportinq” futbolçunun transferindən 75 milyon avro təzminat alacaq.
“Sportinq” isveçli oyunçunu 2023-cü ilin yayında İngiltərənin “Koventri” klubundan 24 milyon avroya transfer edib.
Qeyd edək ki, Viktor Dyökereş cari mövsüm ərzində meydana çıxdığı 50 oyunda 52 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Sportinq”lə mövcud müqaviləsi 2028-ci ilin yayına qədərdir.