
"Mançester Yunayted"in sabiq çalışdırıcısı Erik ten Haq "Bayer"ə baş məşqçilik etməyə yaxındır.
Sportnet.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Bayer"in baş məşqçisi Xabi Alonso komandadan ayrılaraq "Real"a rəhbərlik etməyə hazırlaşır. "Bayer" isə bu vəzifəyə Erik Ten Haqı gətirmək niyyətindədir. Mütəxəssis Leverkuzen təmsilçisi ilə 2 illik müqavilə imzalamağa razılıq verib.
İndi Ten Haq klubun yekun qərarını gözləyir.
Qeyd edək ki, Xabi Alonso "Real"da Kalo Ançelottini əvəzləyəcək.