
Azərbaycan I Liqasında son tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, XXVII turun mərkəzi görüşü "Mingəçevir" və "Karvan" arasında keçirilib. Meydan sahibləri 2:1 hesabı ilə qalib gələrək, 4-cü pilləyə yüksəlib.
Əvəzində "Zaqatala" "Cəbrayıl"a uduzaraq, 5-ci pilləyə enib.
22 may (cümə axşamı)
17:00. “Qaradağ Lökbatan” – “Qəbələ” - 0:3
Qollar: Abdullahi Şuaybu, 63. Salman Ələsgərov, 84. Domi Massumo, 87 (pen.)
Hakimlər: Kamran Əliyev, Elman Kərimov, Vüqar Bayramov, Niyaz Əhmədov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Asif Əliyev
Lökbatan OİK stadionu, 70 tamaşaçı
17:00. “Mingəçevir” – “Karvan” - 2:1
Qollar: Abba Usman, 15 (pen.). Nahid Əliyev, 64 - Ezekiel Morqan, 68
Qırmızı vərəqə: Müşfiq Teymurov, 19 ("Karvan")
Hakimlər: Şamil İmanzadə, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Nazim Abdullayev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Azər Əsgərov
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 2 000 tamaşaçı
23 may (cümə)
15:00. “Cəbrayıl” – “Zaqatala” - 1:0
Qol: Samir Məhərrəmli, 74
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Namiq Əliyev
“ASCO Arena”, 50 tamaşaçı
15:00. “Baku Sporting” – MOİK - 0:0
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Elmin Süleymanov, Alik Yunusov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Binə qəsəbə stadionu, 80 tamaşaçı
15:00. “Difai” – “İmişli” - 1:3
Qollar: Seymur Rəhimov, 8 - Həzrət İsayev, 26. Elmir Rəhimzadə, 67. Xəlil Bəşirov, 85
Qırmızı vərəqə: Gilyerme Souza, 90+4 ("İmişli")
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Sənan Bayramzadə
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Mahal Məmmədov
Şamaxı OİK stadionu, 50 tamaşaçı