
“Araz-Naxçıvan” klubu baş məşqçi Elmar Baxşıyevlə yeni müqavilə imzalayıb.
Sportnet.az xəbər verir ki, bu barədə Muxtar Respublika təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
45 yaşlı mütəxəssis 2025-2026-cı illər mövsümündə də “qırmızı-ağlar”ı çalışdıracaq. Onunla anlaşma 1 illikdir.
Qeyd edək ki, “Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının 2024-2025-ci illər mövsümünü 3-cü pillədə başa vurub və tarixində ilk dəfə UEFA Konfrans Liqasında iştirak etmək hüququ qazanıb.