
“Araz-Naxçıvan” daha 2 futbolçu ilə yeni müqavilə imzalayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Urfan Abbasov və Ülvü İsgəndərov 2025/2026 mövsümünün sonuna qədər “qırmızı-ağlar”ın uğuru üçün çalışacaq.
Hər iki futbolçu ilə anlaşma 1 illikdir.
Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, qapıçılar Kristian Avram və Tərlan Əhmədli ilə də yeni müqavilə imzalanıb.