
"Qarabağ" və "Sabah" komandaları arasındakı Azərbaycan Kubokunun final matçından sonra mükafatlandırma mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, mükafatları təltif etmək üçün səhnəyə AFFA-nın prezidenti Rövşən Nəcəf, baş katib Cahangir Fərəcullayev və Peşəkar Futbol Liqasının Texniki-idman direktoru Elgiz Abbasov dəvət olunub.
Əvvəlcə oyunun hakimləri və hakim-inspektoru Gülağa Cabbarov qiymətli mükafat alıb.
Daha sonra finalda uduzan "Qarabağ"a medallar verilib.
Sonda isə "Sabah" komandasının üzvləri səhnəyə çıxaraq, medallara sahib olublar. Komandanın kapitanı Amin Seydiyev isə Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.
Qeyd edək ki, "Sabah" komandası finalda "Qarabağ"a əlavə vaxtda qalib gəlib - 3:2.