
PSJ klubunun UEFA Çempionlar Liqasının qalibi olmasından sonra Fransadakı çaxnaşmalarda iki nəfər ölüb.
Sportnet.az TF1-ə istinadən xəbər verir ki, dünyasını dəyişənlərdən biri skuterlə hərəkət edən 20 yaşlı qız olub.
Paris komandasının fanatları Parisin cənub-qərbindəki küçələrdən birində avtomobillə öldürüblər.
17 yaşlı oğlan isə Daks kommunasındakı fan-zonada naməlum şəxslərin bıçaq zərbələri ilə qətlə yetirilib.
Çaxnaşmalarda ümumilikdə 192 nəfər xəsarət alıb. Ölkə üzrə 426 nəfər saxlanılıb. Onlardan 417-si Parisdə göz altına alınıb.
Qeyd edək ki, PSJ finalda İtaliya "İnter"ini 5:0 hesabı ilə darmadağın edərək, tarixində ilk dəfə Çempionlar Liqasını qazanıb.