
"Xalqımızı təbrik edirəm. Çox gözəl, çox möhtəşəm qələbə oldu".
Sportnet.az xəbər verir ki, bunu minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Bakıda keçirilən dünya çempionatının finalında Macarıstan yığmasını 4:2 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
49 yaşlı mütəxəssis dünya çempionluğunda əməyi olan hər kəsə minnətdarlığını bildirib: "Bu hissləri yaşamaq lazımdır. Əvvəlki mundialda 3-cü yer uğrunda görüşdə Macarıstana uduzmuşduq. Bugünkü qələbəyə qisas deməzdim. Bu, minifutboldur, burada udan da, uduzan da olur. Qismət bu günə imiş.
Üçüncü yerdənsə çempionluq daha yaxşıdır. Bütün oyunlara bu cür templə başlamışdıq. Bəzi oyunlarda alınmasa da, bu gün erkən qollar vura bildik. Ona görə fərqli hesab oldu2.