
İtaliya "Latsio"sunun baş məşqçi postuna qayıdan Mauritsio Sarrinin əmək haqqı məlum olub.
Sportnet.az xəbər verir ki, 66 yaşlı mütəxəssis bir mövsümə 2,5 milyon avro maaş alacaq.
Komanda qarşıdakı iki mövsüm ərzində Çempionlar Liqasına vəsiqə qazansa, ona əlavə 1 milyon avro, Avropa Liqasına yüksələcəyi halda isə 500 min avro ödəniləcək.
Qeyd edək ki, Marko Baronini əvəzləyən Mauritsio Sarri 2027-ci ilin yayınadək müqavilə imzalayıb. "Latsio" İtaliya A Seriyasını 7-ci pillədə başa vurub, Avropa Liqasında isə 1/4 finalda Norveç "Budö Qlimt"inə uduzaraq, mübarizəni dayandırıb. Sarri 2021 - 2024-cü illərdə də "Latsio"nun baş məşqçisi olub.