
AFFA İntizam Komitəsi "Qarabağ"la "Sabah" arasında keçirilən Azərbaycan Kubokunun final oyununda baş verənlərlə bağlı qərar verib.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komitə Ağdam təmsilçisini ümumilikdə 6700 manat, "Sabah"ı isə 2200 manat məbləğində cərimələyib.
"Qarabağ" 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat, oyununun 120-ci dəqiqəsində məşqçisi Müşfiq Hüseynov meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1500 manat, futbolçusu Yassin Benzia hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra onlara fiziki təzyiq göstərməyə cəhd etdiyi üçün 3000 manat, azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə isə 1500 manat xərcə düşüb.
Müşfiq Hüseynov 2, Yassin Benzia 5 oyunluq diskvalifikasiya olunub.
"Sabah" isə 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat, azarkeşlərinin pirotexniki vasitədən istifadə etdiyinə görə isə 1500 manat cərimələnib.
Qeyd edək ki, "Sabah" Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan həlledici oyunda 3:2 hesabı ilə qələbə qazanaraq kubokun qalibi olub.