
AFFA hakimləri təhqir edən U-13 Qızlar Liqası təmsilçisi "Sumqayıt"ın baş məşqçisi Sabir Mütəllimovu sərt cəzalandırıb.
Sportnet.az xəbər veir ki, buna İntizam Komitəsinin bu gün keçirilən iclasında qərar verilib.
Mütəllimov “Səbail"lə oyunun 30-cu dəqiqəsində texniki zona qaydalarını kobud şəkildə pozduğuna, 1-ci köməkçi hakimə qeyri-etik jestlər etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.
Həvəskarlar liqasının "Salyan" FK — "Masallı" PFK oyununun 90+6 cı dəqiqəsində qonaqların futbolçusu Hüseyn Əsədullayev hakimi nalayiq sözlər istifadə edib təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan qovulduğu üçün 4 oyun cəza alıb.
Eyni oyunda qonaqların üzvü Əflatun Məmmədov oyunun 90+6 cı dəqiqəsində hakimi nalayiq sözlər istifadə edib, təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan qovulduğu üçün 4 oyun diskvalifikasiya olunub.
Həmçinin, "Masallı"nın baş məşqçisi Bəxtiyar Mehrəliyev də meydana daxil olaraq hakimə etiraz edərək təhqiramiz ifadələr işlətdiyinə görə 5 oyun cəzalanıb.
"Gənclik" İK ilə oyunun 87-ci dəqiqəsində "Dirçəliş" FK komandasının oyunçusu Namiq Səfərov rəqib oyunçunu vuraraq təhqiredici, qeyri-etik ifadələr işlətdiyinə görə qırmızı vərəqə ilə meydandan qovulduğu üçün 4 oyun cəzalanıb.
"Gənclik" İK komandasının futbolçusu Serqey Seluqinlə Hakim Əmiraslanov oyunun 87-ci dəqiqəsində rəqibi təhqir etdiklərinə görə qırmızı vərəqə ilə meydandan qovulduqları üçün 3 oyun cəzalanıb.