
“Neftçi” “Araz-Naxçıvan”nın braziliyalı futbolçusu İqor Ribeyronu transfer etməyə yaxındır.
Bu barədə Sportnet.az-a açıqlamasında Naxçıvan klubunda transfer məsələlərinə məsul şəxs kimi çalışan Ceyhun Sultanov deyib.
O, 29 yaşlı mərkəz müdafiəçisi üçün paytaxt klubu ilə danışıqların son mərhələsində olduğunu açıqlayıb: “İqor hələki “Araz-Naxçıvan”dadır. Danışıqlar davam edir. Razılıq ərəfəsindəyik”.
Qeyd edək ki, Ribeyro 2023-cü ilin yayından “Araz-Naxçıvan”da forma geyinir. O, bu ilin aprelində klubla müqaviləsini 2026-cı ilin yayına qədər artırıb. Cari mövsüm müdafiəçi “qırmızı-ağlar”ın heyətində 33 matça çıxıb, 9 sarı və 1 qırmızı vərəqə ilə cəzalanıb.