
"Araz-Naxçıvan" futbolçusu Vadim Abdullayevlə yollarını ayırıb.
Sportnet.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun rəsmi saytı məlumat yayıb.
31 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, Vadim Abdullayev 2020-ci ildən "Araz-Naxçıvan"ın şərəfini qoruyurdu.