
"Araz-Naxçıvan" futbolçusu Miço Kuzmanoviçlə yollarını ayırıb.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, bosniya və herseqovinalı sol cinah müdafiəçisi ilə başa çatan müqavilə yenilənməyib. O, komandaya 20023-cü ilin iyulunda cəlb olunmuşdu.
Qeyd edək ki, 1.78 metr boya malik 29 yaşlı yarımmüdafiəçi karyerası ərzində vətənində “Modriça Maxima”, “Zvijezda”, “Banja Luka”, “Drina Zvornik”, “Mladost Kakanj”, “Sarayevo” klublarının formasını geyinib. O, legioner kimi müxtəlif illərdə Serbiyanın “Yaqodina”, Belçikanın “Mouscron”, Sloveniyanın “Rudar Velenje” və “Celje” klublarının heyətində çıxış edib. Ötən mövsümü “Tuzla Sity”də keçirən Kuzmanoviç son 2 mövsümünü “Araz-Naxçıvan”da keçirib.
Haşım MƏMMƏDOV