
2026-cı il dünya çempionatının Avropa zonası üzrə növbəti seçmə matçları keçirilib.
Sportnet.az xəbər verir ki, 3 qrupda oynanılmış 6 qarşılaşma arasında Norveç - İtaliya diqqət mərkəzində olub.
Oslo şəhərindəki "Ullevaal" stadionunda təşkil olunmuş matç meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.
Qolları Aleksander Sörlot 14-cü, Antonio Nusa 34-cü, Erlin Holann 42-ci dəqiqədə vurub. Bununla da 3-cü matçından da qalib ayrılan Norveç yığması xalını 9-a çatdıraraq, liderliyini davam etdirib.
Qrup mərhələsinə ağır məğlubiyyətlə başlayan İtaliya isə xalsız Moldova ilə bərabər son pillələrdə qərarlaşıb.
"Qarabağ"ın futbolçuları Marko Veşoviç və Marko Yankoviç, "Neftçi"dən isə Edviç Kuçun yer aldığı Monteneqro millisi isə Çexiyanın qonağı olub. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Hər 3 futbolçu meydana start heyətində çıxıb. Kuç 62-ci, sarı vərəqə alan Veşoviç 84-cü dəqiqədə əvəzlənib. Bununla da Çexiya xalını 9-a çatdırıb. İlk məğlubiyyətlə üzləşən Monteneqro isə 6 xalla 2-cidir.
6 iyun
I qrupu
22:45. Norveç - İtaliya - 3:0
22:45. Estoniya - İsrail - 1:3
Xal durumu: Norveç - 9 xal (3 oyuna), İsrail - 6 (3), Estoniya - 3 (3), İtaliya - 0 (1), Moldova - 0 (2)
J qrupu
22:45. Şimali Makedoniya - Belçika - 1:1
22:45. Uels - Lixtenşteyn - 3:0
Xal durumu: Uels - 7 xal (3 oyuna), Şimali Makedoniya - 5 (3), Belçika - 1 (1), Qazaxıstan - 3 (2), Lixtenşteyn - 0 (3)
L qrupu
22:45. Çexiya - Monteneqro - 2:0
22:45. Cəbəllütariq - Xorvatiya - 0:7
Xal durumu: Çexiya - 9 xal (3 oyuna), Monteneqro - 6 (3), Xorvatiya - 3 (1), Farer adaları - 0 (2), Cəbəllütariq - 0 (3).