
Latviya millisi Azərbaycan yığması ilə keçirəcəyi yoldaşlıq görüşü ərəfəsində ciddi itki ilə üzləşib.
Sportnet.az-ın xəbərinə görə, bu barədə rəqib komandanın baş məşqçisi Paolo Nikolato məlumat verib.
İtaliyalı mütəxəssis kapitan Krister Toberin səhhətində problem yarandığını bildirib. O, 25 yaşlı mərkəz müdafiəçisindən savayı, bütün futbolçuların oyuna hazır olduqlarını bildirib.
Tober milliyə Şotlandiyanın "Aberdin" klubundan dəvət alıb. O, komandanın heyətində ölkə kubokunu qazanıb.
Qeyd edək ki, bu gün Riqadakı "Skonto" stadionunda keçiriləcək Latviya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.