
2026-cı ildə ABŞ, Meksika və Kanadada təşkil olunacaq futbol üzrə dünya çempionatında rekord sayda - 48 komanda iştirak edəcək.
Sportnet.az xəbər verir ki, artıq mundiala bir il qalmış 10 iştirakçı yığmanın adı müəyyənləşib.
Üç ev sahibi komanda avtomatik vəsiqə qazanıb.
Daha 7 ölkə isə öz zonalarında uğurlu nəticə əldə edərək DÇ-2026-da iştirakı təmin edib. Bunlar Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya və İordaniya seçmələridir.
Azərbaycan millisi Avropa zonası üzrə seçmə mərhələdə D qrupunda Fransa, İslandiya və Ukrayna ilə mübarizə aparacaq. Dünya çempionatı 2026-cı ildə 11 iyundan 19 iyuladək keçiriləcək.