
Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq görüşünü keçirəcək.
Sportnet.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçi olduğu kollektiv Macarıstan yığmasını qəbul ecəcək.
"Liv Bona Dea Arena"da təşkil olunacaq oyun saat 20:00-da başlanacaq. Qarşılaşmanı Viktor Şimusikin rəhbərliyi altında macarıstanlı hakimlər briqadası idarə edəcək.
Bu komandalar indiyədək 6 dəfə üz-üzə gəliblər. Avropa və dünya çempionatlarının seçmə mərhələsinə təsadüf edən qarşılaşmaların hamısından Azərbaycan yığması məğlub ayrılıb və cəmi 2 qol vurduğu halda, qapısından 17 top buraxıb. Kollektivlər ilk dəfə yoldaşlıq görüşünə çıxacaqlar.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də səfərdə Latviya ilə qarşılaşmada qolsuz heç-heçə edib.
Yoldaşlıq görüşü
Yoldaşlıq görüşü
10 iyun
20:00. Azərbaycan - Macarıstan (İKİNCİ-HİSSƏ)
qollar:B.Vraga 5, Szoboslaini 33, - Renat Dadaşov 7,
Baş hakim: Viktor Şimusik (Belarus)
Baş hakimin köməkçiləri: Sergey Kasavets, Anton Qusev (hər ikisi Belarus)
Dördüncü hakim: Cavid Cəlilov (Azərbaycan)
Liv Bona Dea Arena.