
"Göyqurdlar" azarkeş qrupu Azərbaycan millisinin oyununu boykot edib.
Sportnet.az xəbər verir ki, bu barədə qrup rəsmi səhifələrində bəyanat yayımlayıb.
Boykotun səbəbləri aşağıdakılardır:
- AFFA rəhbərliyinin azarkeşlərlə futbolçular arasında münasibətləri məqsədli şəkildə bloklaması və bu əlaqəyə inzibati baryerlər qoyması;
- AFFA rəhbərliyinin azarkeşlərlə dialoqa qapalı yanaşması;
- Baş katib Cahangir Fərəcullayevlə görüşün rədd olunması;
- Azarkeşlərin rəsmi təkliflərinə konkret cavab verilməməsi;
- AFFA-nın müraciətlə bağlı konkret tədbir həyata keçirilməməsi;
- Hazırlanan futbol strategiyası ilə bağlı heç bir real nəticənin və ictimai hesabatın olmaması;
- AFFA rəhbərliyinə, o cümlədən Rövşən Nəcəfə ünvanlanan müraciətlərin, rəhbərlik səviyyəsində nəzərə alınmaması.
"Göyqurdlar" bununla bağlı tələblər də irəli sürüblər:
- Azarkeş-futbolçu bağının bərpası üçün görüşlərin və açıq tədbirlərin təşkilinə yenidən başlanılsın;
- AFFA rəhbərliyi azarkeş birliyi ilə açıq və şəffaf dialoqa çıxsın;
- Futbol idarəçiliyinə ictimai nəzarət mexanizmi tətbiq edilsin;
- Futbolun ruhuna uyğun, hesabatlı və azarkeşə açıq idarəetmə modelinə keçid baş versin.
Qeyd edək ki, Azərbaycan millisi bu gün Macarıstan yığması ilə yoxlama oyunu keçirəcək. "Liv Bona Dea Arena"da təşkil olunacaq görüş saat 20:00-da start götürəcək.