
“Kəpəz”in yeni baş məşqçisi müəyyənləşib.
Sportnet.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi bu posta Adil Şükürovu təyin edib. 48 yaşlı mütəxəssislə 2 illlik müqavilə imzalanıb.
O, 2023-cü ilin noyabrından 2024-cü ilin avqust ayına kimi olan dövrdə "sarı-göylər"in baş məşqçisi olub.
Qeyd edək ki, Adil Şükürov “Kəpəz”də futbolçu qismində də çıxış edib. O, 1999/2000-ci illər mövsümdə "Kəpəz"in heyətində ölkə çempionatının gümüş medallarını qazanıb, Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.