
“Maraqlı oyun oldu".
Sportnet.az xəbər verir ki, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev Qəbələ şəhər stadionunda Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə 1:1 hesablı heç-heçə etdikləri yoxlama oyunundan sonra AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.
Gənc mütəxəssis komandasının çıxışından razılıq ifadə edib: "Matça yaxşı hazırlaşmışdıq, rəqibi düzgün təhlil etmişdik. Qol imkanlarımız olsa da, yararlana bilmədik. Gürcüstan yığması heç-heçəyə görə sevinirsə, deməli, düzgün yoldayıq. Həm Qazaxıstan, həm də Gürcüstanla matçda yaxşı mübarizə apardıq. Komandamızın böyük potensialı var. Gösərdikləri xarakterə görə uşaqları təbrik etdim. Onların inkişafı üçün daha çox toplanışlar olmalıdır. Bu kollektivlə böyük işlər görə biləcəyimizə inanıram. Müəyyən zaman lazımdır”.
Qeyd edək ki, U-17 Qəbələ toplanışındakı ilk yoxlama matçında Qazaxıstan yığmasına 2:0 hesabı ilə qalib gəlib.