
Türkiyə təmsilçisi "Qalatasaray"la müqavilə bağlayan futbolçu Leroy Sane Almaniya "Bavariya"sının heyətində klublararası dünya çempionatına qatılacaq.
Sportnet.az "Sky Sports"a istinadən xəbər verir ki, 29 yaşlı cinah yarımmüdafiəçisi Münhen komandasında iyunun 30-dək forma geyinəcək.
Klub hətta növbəti mərhələyə yüksəlsə belə, Sane kollektivi tərk edəcək. O, mundialın keçiriləcəyi ABŞ-a iyunun 13-də yollanacaq.
"Bavariya" iyunun 15-də "Oklend Siti" (Yeni Zelandiya), iyunun 21-də "Boka Xuniors" (Argentina), iyunun 24-də "Benfika" (Portuqaliya) ilə qarşılaşacaq. 28 - 30 iyunda isə 1/8 final görüşləri keçiriləcək.
Qeyd edək ki, Leroy Sane "Qalatasaray"la bu gün 3 illik müqavilə bağlayıb. O, 2024/2025 mövsümündə "Bavariya"nın heyətində 30 oyuna 11 qol və 5 məhsuldar ötürmə müəllifi olub. Sanenin aktivində Çempionlar Liqasında 13 oyun və 1 qol da var.