
“Zirə” iki futbolçu ilə yollarını ayırıb.
Sportnet.az xəbər verir ki, bu barədə "qartallar"ın rəsmi səhifəsi məlumat yayıb.
Məqsəd İsayev və Pyer Zebliylə klub arasında imzalanmış müqavilə başa çatıb.
Hər iki futbolçu 2023-cü ilin yayından "Zirə"nin şərəfini qoruyurdu.
Qeyd edək ki, Məqsəd İsayev son mövsüm ərzində 35, Pyer Zebli isə 30 oyunda iştirak edib.