
Azərbaycan klublarının UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşk səbətlərindəki rəqiblərinin sayı azalıb.
Sportnet.az xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 16:00-da start götürəcək püşkatma mərasimində "Zirə" və "Araz-Naxçıvan", eləcə də Avropa Liqasının I təsnifat mərhələsində Sloveniya "Tsele"sini keçə bilməyəcəyi təqdirdə, "Sabah" bu komandalardan birinə rəqib olacaq:
"Zirə"
"Hayduk" (Split, Xorvatiya)
"Maribor" (Sloveniya)
AEK (Afina, Yunanıstan)
"Dunayska Streda" (Slovakiya)
AEK (Larnaka, Kipr) - "Partizan" (Belqrad" (Serbiya) cütünün qalibi
Bu komandalardan "Dunayska Streda"nın yarışa qatılması sual altındadır. Məsələyə klubla bağlı araşdırmalar yekunlaşdıqdan sonra aydınlıq gələcək.
"Araz-Naxçıvan"
"İstanbul Başakşehir" (Türkiyə)
"Omoniya" (Kipr)
"Aris" (Saloniki, Yunanıstan)
"Beytar" (İsrail)
"Sabah"
"Rapid" (Avstriya)
"Yagelloniya" (Polşa)
"Birkirkara" (Malta) - "Petrokub" (Moldova) cütünün qalibi
"Eskaldes" (Andorra) - "Diddelenj" (Lüksemburq) cütünün qalibi
"Universitatya Krayova" (Rumıniya)
Qeyd edək ki, Azərbaycanın hər 3 komandası püşkatmada səpələnməmişlər səbətində yer alacaq.