
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki Avropa Futbol Evində təşkil olunan tədbirdə Azərbaycan çempionu "Qarabağ"a "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi rəqib olub.
Azərbaycan millisinin futbolçusu Zamiq Əliyevin çıxış etdiyi Albaniya "Eqnatia"sı İslandiya "Breydablik"ini keçəcəyi təqdirdə, Polşa "Lex"i ilə üz-üzə gələcək.
İlk oyunlar 22-23 iyulda, cavab görüşləri 29-30 iyulda olacaq.