
Sumqayıt" klubu ilə müqavilə müddəti başa çatan yarımmüdafiəçi Murad Xaçayev ilə yollar ayrılıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Xaçayevin "Neftçi"yə keçəcəyi güman olunur.
Qeyd edək ki, 2018-ci ildən "Sumqayıt"ın formasını geyinən Murad Xaçayev bu müddət ərzində bütün turnirlər daxil olmaqla 176 oyun keçirib. Xaçayev bu oyunlarda 6 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.