
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Araz-Naxçıvan"la qarşılaşacaq Yunanıstanın "Aris" klubu qapıçı Giorqos Atanasiadisi transfer edib.
Sportnet.az Saloniki təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı qolkiperlə 1 illik müqavilə bağlanılıb.
Təcrübəli oyunçu əvvəllər yerli "Pantrakikos", "Asteras" və AEK (Afina) komandaları ilə yanaşı, Moldova "Şerif"ində və Kipr AEK-ində çıxış edib.
O, 2024-cü ilin iyunun 7-də Almaniyaya qarşı yoldaşlıq görüşündə Yunanıstan millisində debüt edib.
Qeyd edək ki, "Araz-Naxçıvan" "Aris"lə ilk oyununu iyulun 24-də evdə, cavab görüşünü iyulun 31-də səfərdə keçirəcək.