
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Serxio Ramos anası maraqlı açıqlama verib. Sportnet.az-ın məlumatına görə, o, oğlunun İspaniyada qalmaq istədiyini deyib.
"Əlbəttəki Serxio "Real Madrid"də oynamaq istəyir, "Mançester Yunayted"də yox. Mən belə düşünürəm. Oğlum İspaniyada qalmaq istəyir".
Qeyd edək ki, Serxio Ramos 2005-ci ildən "Kral klubu"nda çıxış edir. "Mançester Yunayted" isə onunla 5 illik müqavilə üçün 55 milyon avro təklif edib.