
Ukraynanın "Şaxtyor" klubunun futbolçusu Duqlas Kosta "Bavariya" klubuna keçib. Sportnet.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər verib.
24 yaşlı braziliyalı yarımmüdafiəçi Almaniya təmsilçisinə 30 milyon avroya başa gəlib. Onunla 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Kosta 2010-cu ildən Ukrayna klubunun şərəfini qoruyub. 202 matçda meydana çıxıb və 38 qola imza atıb. "Şaxtyor"un heyətində 5 dəfə Ukrayna çempionu, 3 dəfə ölkə kuboku, 4 dəfə isə superkuboku qazanıb.