"İmişli"nin səfərdə "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub etdiyi Azərbaycan Premyer Liqasının XXX tur matçından sonra məzəli olay baş verib.
Sportnet.az-ın məlumatına görə, qonaq komandanın legionerləri klub prezidenti Kamran Eyyubovu axtarmağa başlayıb.
Hətta onlardan biri Eyyubovu görə biləcəyi ümidi ilə paltardəyişmə otağından çölə çıxıb. Həmin oyunçu istəyinə nail ola bilmədikdə klub rəhbərinə zəng etməyə ehtiyac duyub. O, qışqıra-qışqıra "Bossa zəng edin, gəlib mükafatımızı versin" söyləyib.
Qeyd edək ki, Sumqayıtdakı "SOCAR Polymer Arena"da keçirilmiş oyunda qələbə qazanan "İmişli" Premyer Liqada qalmağı böyük ölçüdə təmin edib. Bu gün "Qəbələ" "Zirə" ilə səfər matçında xal itirsə, bu hədəfə tam nail olunacaq.
















































































