
"Araz-Naxçıvan”dan təklif gələn zaman vaxtilə bir klubda oynadığımız, hazırda da dostluq münasibətimiz olan Qara Qarayevlə danışdım. Klubla bağlı məlumatlı olsam da, ondan da bəzi suallarıma cavab aldım".
Sportnet.az xəbər verir bunu,bir neçə gün əvvəl “Araz-Naxçıvan”la müqavilə imzalayan Patrik Andrade klubun rəsmi saytına açıqlamasında deyib.
Kabo-Verde millisinin üzvü bunları "Qarabağ"da tanıdığı Qarayevin bu transferdə önəmli pay sahibi olduğunu deyib: "İlk növbədə mənə təklif göndərdiyinə və heyətində görmək istədiyinə görə “Araz-Naxçıvan”a təşəkkür edirəm. Bu komanda UEFA Konfrans Liqasında iştirak edəcək və rəhbərlik güclü heyət qurmağa çalışır. Həm mənim, həm də komandam üçün də yaxşı keçid olduğunu düşünürəm.
“Araz-Naxçıvan”a bələdəm. Onlarla rəqib kimi qarşılaşmışıq. Dostum bura gəlməyi məsləhət bildi. Yenə deyirəm, qarşıda bizi çətin Konfrans Liqası oyunları və gərgin çempionat matçları gözləyir. Deməli, birgə bu oyunlarda uğur qazanmalıyıq”.
Yarımmüdafiəçi Konfrans Liqasındakı rəqiblə bağlı da qısa fikir bildirib: “Mövsümə “Aris”lə oyunlarla başlayacağıq. Hazırlaşmaq, işləmək üçün zamanımız var. Əlbəttə, bizi çətin oyunlar gözləyir. Maraqlı qarşılaşmalar olacaq. Yaxşı hazırlaşmaq üçün çox çalışmalıyıq. Gündən-günə daha yaxşı olacağıq və hər birimiz mərhələ keçməyə köklənməliyik”.