
Növbəti mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “İmişli” komandası heyətinə yeni futbolçu cəlb edib.
Sportnet.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, eyniadlı şəhərin təmsilçisi mərkəz müdafiəçisi Ronaldo Rodriqes de Souza ilə anlaşıb.
Tərəflər arasında 1 illik müqavilə imzalanıb.
Braziliyalı futbolçu son olaraq İndoneziyanın “Borneo” klubunda çıxış edib. O, Braziliyanın U-17 millisinin də üzvü olub.
Qeyd edək ki, “İmişli” I Liqanı ikinci pillədə bitirib.