
Türkiyənin "Konyaspor" klubu "Zirə"nin futbolçusu Salifu Sumanın transferindən vaz keçib.
Sportnet.az-ın xəbərinə görə, bu barədə "yaşıl-ağlar"ın futbol şöbəsinin rəhbəri Yusuf Küçükbakırcı açıqlama verib.
O, 22 yaşlı qvineyalı hücumçu ilə ciddi maraqlandıqlarını, lakin klubuna daha yaxşı təkliflər gəldiyi üçün oyunçunun Rusiya və Ukrayna variantlarına üstünlük verdiyini bildirib.
Küçükbakırcı futbolçu ilə maddi məsələlərdə anlaşa bilmədikləri üçün transferin baş tutmadığını söyləyib: "Suma ilə həqiqətən də ciddi maraqlanırdıq. 12+2 legioner limitinə də uyğun gəlirdi. Gənc, istedadlı və perspektivli futbolçudur. Heyətimizə qatmaq üçün çox çalışdıq. Lakin klubuna digər təkliflər də gəldiyindən, üstünlüyü Rusiya və Ukraynaya verməyi qərara aldı".
Qeyd edək ki, Salifu Suma "Zirə"yə 2023-cü ilin avqustunda Fransanı "Havr" klubundan keçib. O, "qartallar"ın heyətində 82 oyuna 18 qol və 11 məhsuldar ötürmə müəllifi olub.