
"Ona təkliflər var, danışıqlar gedir. Hər an razılaşma ola və komandanı tərk edə bilər".
Sportnet.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov futbolçu Salifu Sumanın komandadan ayrılma ehtimallarına münasibət bildirərkən deyib.
43 yaşlı mütəxəssisin sözlərinə görə, qvineyalı hücumçunu istəyən komandaların bir çoxu avrokuboklarda mübarizə aparacaq: "Onlara da maraqlıdır ki, Salifu avrokuboklarda öz heyətlərində çıxış etsin. Bizdə çıxış edəcəyi halda, yalnız qrup mərhələsində o klublara kömək edə bilər. Hələlik danışıqlar gedir, görək nə göstərəcək".