
Honkonqda Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronalduya həsr olunmuş muzey açılıb.
Sportnet.az “Blooloop” nəşrinə istinadən xəbər verir ki, muzey K11 İncəsənət və Mədəniyyət Mərkəzində fəaliyyətə başlayıb.
Burada 40 yaşlı hücunmçunun karyerasında önəmli yer tutan əşyalar, o cümlədən onun 2008-ci ildə qazandığı “Qızıl top” nümayiş etdirilir. Həmçinin, ziyarətçilər Ronaldunun Lissabonda keçən uşaqlıq illərindəki otağının surətini də görə bilərlər.
Ulduz futbolçunun yaxın vaxtlarda şəxsən muzeyə baş çəkəcəyi gözlənilir.
Qeyd edək ki, Ronaldu muzeyi 2026-cı ilin iyun ayına qədər açıq olacaq. Daha sonra isə Çinin materik ərazisinə köçürülməsi planlaşdırılır.