Bu gün UEFA Çempionlar Liqasında 2025/2026 mövsümünə start veriləcək.

 

Sportnet.az xəbər verir ki, I təsnifat mərhələsinin ilk oyun günündə 10 görüş keçiriləcək.

 

Azərbaycan milli komandasının futbolçusu Zamiq Əliyevin çıxış etdiyi Albaniyanın "Eqnatiya" klubu İslandiya "Breydablik"ini qəbul edəcək. Eqnatiya şəhərindəki "Rrogozhine" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Günün oyunları:

 

19:00. "KuPS Kuopio" (Finlandiya) - "Milsami" (Moldova)

20:00. "İberiya" (Gürcüstan) - "Malmo" (İsveç)
20:00. "Noa" (Ermənistan) - "Buduçnost" (Monteneqro)
20:30. "Levadiya Tallin" (Estoniya) - RFS (Latviya)
21:00. "Olimpiya" (Sloveniya) - "Kayrat" (Almatı)
22:00. TNS (Uels) - "Şkendiya" (Şimali Makedoniya)
22:00. "Drita" (Kosovo) - "Differdanj" (Lüksemburq)
22:00. "Vikinqur" (Farer adaları) - "Linkoln" (Cəbəllütariq)
23:00. "Eqnatiya" (Albaniya) - "Breydablik" (İslandiya)
23:00. "Virtus" (San Marino) - "Zrinski" (Bosniya və Herseqovina)

Qeyd edək ki, daha 4 oyun iyulun 9-da keçiriləcək.