
“Kayrat”ın 16 yaşlı hücumçusu Dastan Satpayev Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində Sloveniya “Olimpiya”sı ilə səfər oyununda qol vurub.
Sportnet.az xəbər verir ki, futbolçu nüfuzlu turnirdə debüt matçında fəqlənib. O, görüşün 59-cu dəqiqəsində hesabı açıb. Qarşılaşma isə 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, fevralda Almatı klubu 16 yaşlı futbolçunun İngiltərənin “Çelsi” klubuna keçdiyini rəsmən açıqlamışdı. Forvard 2026-cı ilin yayında yetkinlik yaşına çatdıqda İngiltərə komandasına gedəcək. Həmin vaxta qədər Satpayev Qazaxıstan klubunda çıxışını davam etdirəcək.