
"Zirə" klubunun 16 yaşadək futbolçulardan ibarət komandasının üzvü Fərid Şahverdiyev faciəvi şəkildə dünyasını dəyişib.
Sportnet.az-ın məlumata görə, gənc futbolçu bu gün dənizdə batıb.
2009-cu il təvəllüdlü Fəridin nəşini tapmaq hələ də mümkün olmayıb.
Hadisə Şüvəlan çimərliyində baş verib. Dostları ilə çimərkən batmaq təhlükəsi ilə üzləşən gənclərdən üçünü xilas etmək mümkün olsa da, xilasedicilər Fəridi dalğaların əlindən qurtara bilməyiblər (Fanat.az).