
Azərbaycanın FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Məsiyev UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Riyeka” (Xorvatiya) və “Lüdoqorets” (Bolqarıstan) komandaları arasındakı ilk qarşılaşmanın baş hakimi olacaq.
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. İtaliyalı Canluka Aureliano VAR, digər referimiz Əliyar Ağayev isə AVAR kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, görüş iyulun 23-də Riyeka şəhərindəki eyniadlı stadionda keçiriləcək