
Növbəti mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “İmişli” klubu təlim-məşq toplanışının ilk yoxlama oyununu keçirib.
Sportnet.az xəbər verir ki, bölgə təmsilçisi “Araz-Naxçıvan”ın U-19 komandası ilə qarşılaşıb.
“Dalğa Arena”nın məşq meydançasında təşkil olunan görüş “İmişli”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, “İmişli” növbəti yoxlama oyununu iyulun 23-də “Sumqayıt”a qarşı keçirəcək.