
2025/2026-cı il mövsümündə I Liqada mübarizə aparacaq “Səbail” hazırlığa iyulun 25-də start verəcək.
Sportnet.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Dənizçilər"in təlim-məşq toplanışı “ASCO Arena” olacaq. Hazırlıq mərhələsi çərçivəsində Elvin Məmmədovun rəhbərlik etdiyi komanda 4 yoxlama oyunu keçirəcək.
Rəqiblər və yeni transferlər hələlik açıqlanmır.