
Xorvatiyanın "Hayduk" klubu "Zirə"nin 16 yaşadək futbolçulardan ibarət komandasının üzvü Fərid Şahverdiyevin faciəvi ölümü ilə əlaqədar başsağlığı verib.
Sportnet.az-ın məlumatına görə, bu barədə iki komanda arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündən öncə mətbuat konfransında Split təmsilçisinin nümayəndəsi bildirib.
"Gənc futbolçunun ölümü ilə əlaqədar klub olaraq, "Zirə"yə başsağlığımızı veririk. Nur içində yatsın, Allah rəhmət eləsin".
Qeyd edək ki, Fərid Şahverdiyev iyulun 17-də dostları ilə dənizdə üzdüyü vaxt batıb.