
Xorvatiyanın "Hayduk" klubu ilə UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl "Zirə"nin 16 yaşadək futbolçulardan ibarət komandasının həyatını itirmiş üzvü Fərid Şahverdiyevin xatirəsi anılıb.
Sportnet.az-ın məlumatına görə, "qartallar" meydana Şahverdiyevin geyindiyi 11 nömrəli forma ilə çıxıblar. Onlar forma ilə oyunöncəsi xatirə fotosunu da çəkdiriblər.
Qeyd edək ki, Fərid Şahverdiyev iyulun 17-də dostları ilə dənizdə üzdüyü vaxt batıb.