
"Zirə" komandası Xorvatiya "Hayduk"una qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda ciddi itki ilə üzləşib.
Sportnet.az xəbər verir ki, 37-ci dəqiqədə yeni transfer Brahim Konate rəqib futbolçu Zvonimir Şarliya ilə mübarizədə zədələnib.
Oyuna davam edə bilməyən fransalı hücumçunu Ceyhun Nuriyev əvəzləyib.
Qeyd edək ki, "Zirə!" 31-ci dəqiqədə Brahim Konatenin qolu ilə hesabda öndədir.