"Neftçi"nin qadınlardan ibarət komandasının UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin 4-cü qrupundakı yarımfinal oyununun hakimləri müəyyənləşib.

 

Sportnet.az xəbər verir ki, "Ankara Büyükşehir Belediyesi Fomget"ə qarşı matçı isveçli baş hakim Hanna Laajanen idarə edəcək.

 

Yan xətt hakimlərindən biri Jilan Taher onun həmyerlisi, digəri Marqot Yakobs, eləcə də dördüncü hakim Yana Van Laere belçikalıdır. Uelsli Çeril Foster hakim-inspektor, gürcüstanlı Bakar Jordaniya isə UEFA nümayəndəsi olacaq.

 

İyulun 30-da Albaniyanın paytaxtı Tiranadakı "Ştepia" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.