"Sabah"ın UEFA Konfrans Liqasının II mərhələsindəki rəqibi "Petrokub" Moldova Liqasında növbəti oyununu keçirib.

 

Sportnet.az xəbər verir ki, Xınçestı şəhər təmsilçisi VI turda evdə "Daçiya Buyukan" klubu ilə üz-üzə gəlib.

 

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Petrokub"un heyətində Petru Popesku dubl edib (31, 90+1). Qonaqlardan isə 43-cü dəqiqədə Marin Keruntu penaltidən fərqlənib.

Bu qələbə ilə Şota Maxaradzenin rəhbərlik etdiyi kollektiv xallarının sayını 11-ə çatdıraraq 3-cü pilləyə yüksəlib.

 

Qeyd edək ki, "Sabah" Kişineuda keçirilən ilk oyunda 2:0 hesablı qələbə qazanıb. Tərəflər arasında cavab oyunu iyulun 31-də "Əlincə" stadionunda təşkil olunacaq.