
Çili millisinin yarımmüdafaiəçisi Arturo Vidal Amerika Kubokunun finalında Argentina ilə oyunun ən yaxşısı seçilib. Sportnet.az-ın məlumatına görə, bu barədə turnirin rəsmi saytı xəbər verib.
O, final görüşündə 120 dəqiqə iştirak edib. Oyunda həlledici penalti zərbəsini də dəqiq yerinə yetirib.
Qeyd edək ki, 0:0 hesabı ilə bitən matçda görüş penaltilərə qədər uzanıb. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən Çili millisi 4:1 hesablı qələbə sayəsində tarixində ilk dəfə Amerika Kubokunu qazanıb.