
Futbol üzrə 2026-cı il dünya çempionatının püşkatma mərasimi ABŞ-nin Las Veqas şəhərində keçiriləcək.
Sportnet.az "TUDN" nəşrinə istinadən xəbər verir ki, tədbir bu il dekabrın 5-də təşkil olunacaq.
Məkan qismində isə Paradaysdakı musiqili və əyləncəli "Şphere" arenası seçilib.
Qeyd edək ki, DÇ-2026 11 iyun - 19 iyulda ABŞ, Kanada və Meksikada ilk dəfə 48 ölkənin iştirakı ilə təşkil olunacaq.