
“Sabah” və Moldovanın “Petrokub” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşünə satılan bilet sayı açıqlanıb.
Sportnet.az Masazır təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, artıq 5 000 bilet sahibini tapıb.
Qarşılaşma iyulun 31-də Əlincə stadionunda (“Bank Respublika Arena") keçiriləcək. Oyun saat 20:00-da başlanacaq.