
UEFA Konfrans Liqasında "Araz-Naxçıvan" və Kiprin "Omoniya" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununun hakimləri açıqlanıb.
Sportnet.az xəbər verir ki, qarşılaşma Çexiyadan olan ədalət təmsilçilərinə tapşırılıb.
Baş hakim Ondrjey Berkaya İvo Nadvornik və Yan Vanya yan xətt, Ondrey Peçaneç dördüncü hakim qismində yardımçı olacaq.
Tomas Koçurek VAR hakimi, Miroslav Zelinka VAR hakiminin köməkçisi olacaq.
Zelinka 2014/2015 mövsümündə Avropa Liqasının qrup mərhələsinin son tur matçında "Qarabağ"ın Tofiq Bəhramov adına Respublika stadionunda İtaliya "İnter"inə qarşı keçirdiyi oyunun baş hakimi olub. O, axırıncı dəqiqələrdə Ağdam komandasının təmiz qolunu hesaba almayıb. Nəticədə Azərbaycan klubu qrupdan çıxa bilməyib.
Qeyd edək ki, avqustun 7-də "Dalğa Arena"da ("Liv Bona Dea Arena") keçiriləcək "Araz-Naxçıvan" - "Omoniya" görüşü saat 20:00-da başlanacaq. Cavab görüşü avqustun 14-də Nikosiyadakı GSP stadionunda olacaq.